AZ

Taliban qadınların tibbi təhsil almasını qadağan edir

Əfqanıstanda qadınların tibbi təhsil alması rəsmən qadağan edilib. Müvafiq sərəncamı ölkə lideri Haybətullah Axundzadə imzalayıb.

“Tolo news”-un məlumatına görə, Əfqanıstan Səhiyyə Nazirliyi tibb müəssisələrinin rəhbərlərini xəbərdar edib ki, artıq qızların tibb universitetləri və kolleclərinə daxil olmasına və təhsillərini davam etdirməsinə icazə verilmir. Nazirlik rəhbəri dəqiqləşdirib ki, dekabrın 3-dən qadağa tibb təhsili müəssisələrinə səfərlərə də şamil edilir.

Daha əvvəl Fəzilətin Yayılması və Əxlaqsızlığın qarşısının alınması üzrə Nazir Xalid Hənəfi bildirib ki, Əfqanıstanda qadınlara hətta başqa qadınlarla belə ictimai söhbətlər etmək qadağandır.

Almaz Həsənli

Seçilən
8
oxumeni.az

1Mənbələr