AZ

HTŞ ilə ASO Hələbi bölə bilmir: şəhər əldən çıxacaq?

Xəbər verdiyimiz kimi, Suriyada “Heyəti Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının silahlıları digər müxalif qüvvələrin yardımı ilə Hələb şəhərini ələ keçirib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hələbin ələ keçirilməsinə rəhbərlik edən HTŞ ilə Azad Suriya Ordusu (ASO) arasında şəhərin necə idarə ediləcəyi ilə bağlı fikir ayrılığı yaranıb.

HTŞ-nin Hələbdə ASO-nun nəzarətindəki bəzi yerləri silah gücü ilə nəzarətinə götürdüyü bildirilir. Mübahisənin HTS lideri Əbu Məhəmməd Colaninin “Hər şeyi mən idarə edəcəm” fikrindən qaynaqlandığı vurğulanır.

Məlumata görə, bu mübahisənin həlli üçün danışıqlar davam edir. İki qrup arasında problem həll olunmazsa, Hələb itirilə bilər. Hələbin itirilməsi isə Suriyada yeni prosesin tərs formada davam etməsinə yol açar.

Seçilən
86
axar.az

1Mənbələr