Amerika virtual iflasa doğru çox sürətlə irəliləyir. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu milyarder İlon Mask deyib. O, bu barədə özünün X səhifəsində yazıb.Maskın biznesmen Vivek Ramasvami ilə birlikdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında hökumətin səmərəliliyini artırmaq üçün yeni departamentə rəhbərlik edəcəyi gözlənilir.Noyabrın 15-də ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 36 trilyon dolları ötüb. ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, 2034-cü ildə ölkənin dövlət borcu 50 trilyon dolları (ÜDM-in 122%-i) keçəcək. 2029-cu ildən 2034-cü ilə qədər ÜDM-in orta illik artımı 1,8% proqnozlaşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta