Bakı. Trend:
İtalyan Mətbəxi Həftəsi, İtaliya ilə Azərbaycan arasındamünasibətlərin, o cümlədən iqtisadi və ticarət əlaqələriningücləndirilməsi üçün bir fürsətdir.
Trend xəbər verir ki, bunuİtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliyasəfirliyi və İtaliya Ticarət Agentliyinin (ITA) birgətəşkilatçılığı ilə keçirilən İtalyan Mətbəxi Həftəsinin açılışınahəsr olunmuş mətbuat konfransında bildirib.
“Bu tədbir bu il İtalyan mətbəxinin UNESCO-nun qeyri-maddimədəni irs siyahısına daxil edilməsi üçün irəli sürülənnamizədliyinin aktiv təşviq mərhələsi ilə üst-üstə düşən xüsusi birdövrdə keçirilir.
Hesab edirəm ki, bu tanınma İtalyan mətbəxinin mükəmməlliyini vəonun qlobal səviyyədə qəbulunu bir daha təsdiq edir”, – deyə səfirvurğulayıb.
Diplomat qeyd edib ki, masada təqdim olunan hər bir məhsulunarxasında İtaliya üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi bir sahədayanır.
“Təkcə 2023-cü ildə İtaliyanın aqrar-ərzaq məhsulları ixracıqlobal səviyyədə 64 milyard avronu ötüb, bu isə əvvəlki illəmüqayisədə 6 faiz artım deməkdir və 3 milyard avroluq rekordgöstərici qeydə alınıb”, – deyə Luka Di Canfrançesko bildirib.
Səfir əlavə edib ki, mətbəx xüsusilə İtalyan mətbəxi,İtaliyanın, onun regionlarının, mədəniyyətinin daha dərindənöyrənilməsi və tanıdılması, eləcə də ölkələrimiz və xalqlarımızarasında qarşılıqlı anlaşma və tanışlığın inkişaf etdirilməsi üçünvasitədir.