Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 4-5-də Maltaya işgüzar səfər edəcək.
Musavat.com xəbər verir ki, Ermənistan KİV-nin məlumatına əsasən, ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Mirzoyan ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirak edəcək.
Səfər çərçivəsində Ermənistanın xarici işlər nazirinin bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.