AZ

Gürcüstanla bağlı ŞOK QƏRAR - Bütün layihələr DONDURULDU

Almaniya siyasi səbəblərə görə Gürcüstana dövlət səviyyəsində kredit dəstəyi göstərməkdən imtina etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq naziri Svenya Şults bəyanat verib.

Nazir qeyd edib ki, hazırkı Gürcüstan hökuməti ilə inkişaf məqsədli əməkdaşlıq daha məntiqli şəkildə həyata keçirilə bilməz.

Ölkədə mövcud olan bütün layihələr hazırda nəzərdən keçirilir, yeni layihələr isə reallaşdırılmayacaq və kredit sazişləri imzalanmayacaq.

"Biz Avropa İttifaqı və tərəfdaşlarımızla koordinasiyalı şəkildə əlavə addımlar ata bilərik," – deyə Şults vurğulayıb.

Musavat.com

Seçilən
0
3
musavat.com

4Mənbələr