AZ

Bakıda alabay itləri sahibini parçalayaraq öldürdü

Bakıda it öz sahibini parçalayaraq öldürüb.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Ə.Y. saxladığı alabay cinsli itlər sahibinə hücum edib.

Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər sahibini parçalayaraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları çağırılıblar.

Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.

Seçilən
1
38
demokrat.az

10Mənbələr