Türkiyənin Antalya bölgəsinin Qazipaşa rayonu sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə qeydə alınıb. Ətraf əyalətlərdə də hiss olunub.