AZ

Diaspor rəhbəri Misirin müftisi ilə GÖRÜŞDÜ

Misirdə Azərbaycan Diasporunun sədri tədqiqatçı- alim Seymur Nəsirov Misirin baş müftisi professor Nəzir Əyyad ilə görüşüb.

Redaktor.az xəbər verir ki, diaspora sədri, Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib.

Professor Şeyx Nəzir Əyyad bu il noyabr ayında Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitində Misirdən yüksək səviyyəli böyük nümayəndə heyətinin iştirakı ölkələrimiz arasında yüksək səviyyədə əlaqələrin olmasının bariz nümunəsidir. Görüş zamanı müfti həzrətləri Bakı şəhərinin gözəlliyini Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulayıb. O, Misir fətva evi ilə Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi arasında yüksək əlaqənin olduğunu və onlar arasında qarşılıqlı səfərlərin gündən-günə artdığını qeyd edib. S.Nəsirov Misir tarixində əvəzsiz rol oynamış əslən azərbaycanlı olan tarixi şəxsiyyətlər və alimlər haqqında geniş məlumat verib. Qeyd edək ki, diaspora sədri S.Nəsirov 22 ildir ki, Misirdə təhsil alan xarici tələbələrə rəhbərlik edir. Onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın 65 ölkəsindən iki minə yaxın tələbə təhsil alır. 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır. Qahirə Universitetində Azərbaycan dilini tədris edir və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədridir.

Redaktor.az

Seçilən
0
6
redaktor.az

7Mənbələr