AZ

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülüb

Dövlət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” təşkilatının "Global Brand Award 2024" beynəlxalq müsabiqəsində 2 mükafata layiq görülüb. Xidmətin təqdim etdiyi iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Nəticədə Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqədə “Public Sector and Gornment Award” kateqoriyası üzrə “İlin Ən Yaxşı Əmək Müfəttişliyi” və “Əmək Münasibətlərində Mükəmməlik” nominasiyaları üzrə qalib gəlib. Xidmətin adı müsabiqənin saytında qaliblər sırasında (Public Sector & Government Award hissəsində) yer alıb (https://www.globalbrandsmagazine.com/award-winners-2024/).

Müsabiqədə ölkəmizlə yanaşı, Belçika, ABŞ, Almaniya, İsveçrə və digər ölkələrdən də qurumlar iştirak ediblər.

Seçilən
13
5
1news.az

6Mənbələr