Rusiyanın Tver vilayətində miqrantlara 82 sahədə işləmək qadağan edilib.
Xarici mütəxəssislər üçün qadağan edilən peşələrdən 52 növ üçün tam qadağa, daha 30 növ üzrə isə məhdudiyyətlər tətbiq olunacaq. Qadağa 2025-ci ildə qüvvəyə minəcək.
“Biz bu işi sistemli şəkildə həyata keçiririk. Biz mümkün qədər biznesin mövqeyini nəzərə almağa çalışdıq. Lakin eyni zamanda, dövlətin strateji təhlükəsizliyi məsələləri prioritet olaraq qalır”, - Rusiya regionunun rəhbəri İqor Rudenya qərarı şərh edib.
Miqrantlar bir sıra kommunal xidmətlərdə işə düzələ bilməyəcəklər - söhbət elektrik enerjisi, qaz və buxarla təminat, suyun yığılması, təmizlənməsi və paylanması, tullantı sularının yığılması və təmizlənməsi sahələrindən gedir. Bundan əlavə, onlar kompüter istehsalı və proqram təminatı şirkətləri tərəfindən işə götürülməyəcəklər.
Nəşriyyat, televiziya, radio yayımı, əyləncə və elmi tədqiqat sahələri də tamamilə qadağan edildi. Miqrantlara təhlükəsizlik, su nəqliyyatı, kirayə və lizinq, baytarlıq və turizm agentlikləri sahələrində də işləmək qadağan edilib.
Bəzi peşələr üçün qadağalar siyahısına bitkiçilik və heyvandarlıq, balıqçılıq, ət və balıq emalı, süd məhsulları, çörək məhsulları, bitki yağları və yağlar, un dəyirmanı, qida məhsulları, heyvan yemi, kağız, neft məhsulları, kimya, dərmanlar və materiallar. Məhdudiyyətlər elektrik avadanlıqları, nəqliyyat vasitələri, mebel istehsalı, təmir, maşın və avadanlıqların quraşdırılmasına da aiddir.
Əziz Mustafa