Aparılan istintaqı çərçivəsində nəzarətə alındıqdan sonra ev dustaqlığı qərarı çıxarılan və bu qərar ləğv edilərək normal həyatına qayıdan Serdar Ortaç son görünüşü ilə sevənlərini kədərləndirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda Ortaç yeriməkdə çətinlik çəkdiyini və daha sonra həyatını asanlaşdırdığını söylədiyi əlil arabasını göstərib.
Xəstəliyi ilə mübarizə aparan Ortaçın yanındakı şəxsə "Kaş dərdimi biləydin" - deməsi diqqət çəkib.
Mahnıları ilə hər zaman məşhur olan Ortaçın bu durumuna şərhlər yağarkən, "Nə idin, nə oldun?" - yorumu da yazılıb.
Vüsalə İbrahimli