AZ

Təzyiqi güclü olan Qaz TİCARƏTİ haqda…

London birjasında 1000 m3 qazın Niderland qovşağında (TTF) təhvil verilməklə satış qiymti $534,1 göstəricisinə yükslib.

Qratikdən də görünür ki, son 1 ayda qaz qiymətləri artan xətlə inkişaf edir. Artıq qiymətlər ötən ilin eyni dövründəki səviyyəni aşmağa müvəffəq olub.

Qiymətlər niyə artır? Əsas iki səbəbi var: birincisi, klimatik faktorlarla əlaqəlidir. Bu ilin payız-qış mövsümündə Avropada isitmə dövrü ötən illə müqayisədə 10 gün tez başladı və dekabr ayı Rusiya istisna olmaqla Şimal yarımkürsində daha soyuq keçir, yəni enerjiyə tələbat da ona müvafiq artır.

Nəticədə, dekabrın əvvəlinə yeraltı qaz anbarlarında saxıanılan ehtiyatlar artıq 85% həddindən aşağı düşüb. Hesab edilir ki, əgər bu tempdə YQA-dan mavi yanacağın götürülməsi davam edərsə, onda isitmə dövrünün sonuna (adətən martın İİİ ongünlüyü) ehtiyatlar minimal səviyyədə ola bilər və yaz-yay dövrü üçün ehtiyatların aktiv toplanma dövründə qiymətlər bundan da baha satıla bilər. Ona görə də treyderlər (qaz ticartçiləri) birjada uzunmüddətli fyuçerslərin sifariş həcmlərini get-gedə artırırlar ki, bu da bazarda tələbi təklifdən daha çox edir. Qiymət də artır.

Başqa bir səbəb isə siyasətdən qaynaqlanır. Avropa Parlamenti hökumətə (Avropa Komissiyasına) daha çox təzyiq edir ki, Rusiya qazından yaxa qurtarsın. AK 2022-ci ilin sonunda Rusiya qazından tam imtina tarixini 2027-ci ilədək göstərmişdi. Amma bu il 15% Rusiyadan qaz alışı artdı və parlamentdəki siyasilər bunu təşvişlə qarşıladılar. Ona görə də Rusiya qazına qarşı yeni yeni baryerlər gündəmə gətirilir. Bunlardan biri də Ukrayna üzərindən Avropaya qaz nəqlinin 1 yanvar 2025-ci ildən tam dayandrılmasıdır (bu marşrutla bu il 15 mlrd m3-a yaxın Avropa Rusiyadan qaz idxal edir).

Rusiya qazının əəvəzlənmsi isə əsasən ABŞ-dan idxal edilən maye qaz hesabına qarşılanır.

Necə deyərlər, Avropa bir tərəfdən Rusiyanın qaz asılılığından qurtulmaq siyasətini gerçəkləşdirir, digər tərəfdən isə Amerika enerjisindən asılılığı sürətləndirir. Kim güclüdür, bazarlarda söz sahibi də odur - keçdiyimiz tarix hər zaman bunu göstərib. Ona görə də malımızı stabil, uzun müddətli satmaq istəyiriksə, satış bazarlarımızla daim işləməliyik, hər müştəri uğrunda çarpışmalıyıq, gülməyi və güldürməyi bacarmalıyıq, təbii ki, özünün sərt üzünü göstərməyi də arada bir xatırlatmaq şərti ilə - kapitalın hökmran olduğu bazarların tələbi belədir.

Bir

İlham Şaban

visiontv.az



Seçilən
9
1
visiontv.az

2Mənbələr