İranın ali dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi Moskvada səfərdədir.
Editor.az bildirir ki, bu barədə İranın Rusiyadakı səfirliyi məlumat yayıb. O, nümayəndə heyətinin tərkibində gəlib. İranın Ali Rəhbərinin müavinini İranın Rusiyadakı səfiri Kazem Cəlali qarşılayıb. Qısa səfər zamanı Möhsün Qumi Rusiya dini liderləri və Rusiyada yaşayan iranlı tələbələrlə görüşmək niyyətindədir.
Dekabrın əvvəlində İran prezidenti Məsud Pezeşkian Vladimir Putinlə görüşmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, danışıqlar “yaxın gələcəkdə” baş tuta bilər. Prezidentlər sonuncu dəfə oktyabrda Aşqabadda görüşüblər.
//Samir Qurbanov, Editor.az