AZ

Qırğızıstan və Tacikistan sərhədin mübahisəli hissələrinin təsvirini tamamlayıb

Qırğızıstan və Tacikistan sərhədin mübahisəli hissələrinin təsvirini tamamlayıb

Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin həmsədrlərinin delimitasiya və demarkasiya üzrə görüşü zamanı sərhədin mübahisəli hissələrinin təsvirini tamamlayıblar. Bu barədə Qırğızıstan hökumətinin saytında məlumat verilib.“Qırğızıstan Respublikası və Tacikistan Respublikasının hökumət nümayəndə heyətlərinin rəhbərləri razılığa gəliblər və Qırğızıstan-Tacikistan dövlət sərhədinin qalan hissələrinin təsvirini tam başa çatdırıblar”, - məlumatda deyilir.Qırğızıstan tərəfinin məlumatına görə, Qırğızıstan Respublikasının Batken vilayətinin Batken şəhərində keçirilən görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib. Hər iki ölkənin nümayəndə heyətlərindəki işçi qruplara son delimitasiya sənədlərinin tərtibinə başlamaq tapşırılıb.

Seçilən
18
1
afn.az

2Mənbələr