Macarıstanın baş naziri Viktor Orban dekabrın 4-də Roma Papası Fransisklə Ukraynadakı münaqişənin həllini müzakirə edib.“Müqəddəs Pyotr Bazilikasında səhər ibadəti, sonra Müqəddəs Ata ilə görüş. Biz sülh üçün bu şansdan istifadə etməliyik!” – o, Facebook sosial şəbəkəsində yazıb.Müqəddəs Taxt-Tacın mətbuat xidməti Fransisk və Orbanın Ukrayna münaqişəsi mövzusunu qaldırdıqlarını təsdiqləyib. Saytdakı məlumatda deyildiyi kimi, onlar Ukraynadakı münaqişəyə xüsusi diqqət yetirərək, sülhün və humanitar komponentin təşviqi səylərinə diqqət yetiriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta