Tailanddakı monastırların birində Buddanın nəhəng heykəli insanların üzərinə düşüb.Bu barədə "Thaiger" yazıb.Noyabrın 29-da Amnatçaren əyalətindəki Mekonq çayının sahilindəki monastırda rahiblər Buddanın 12 metrlik heykəlini quraşdırıblar. Onlar beton heykəldən qəlibləri götürən zaman Budda qəfil yıxılıb. 6 nəfər dağıntılar altında qalıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb, digər beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yerli sakinlər hesab edirlər ki, Budda heykəlinin dağılmasına səbəb şər ruhlar olub. Onların sözlərinə görə, heykəlin tikintisi zamanı bir neçə qəza baş verib - bu da səbəbsiz deyil. İnsanlar iddia edirlər ki, heykəlin yerində qədim bir ev dayanıb və yerlə əlaqəli ruhlar bu dəyişikliklərdən narazı ola bilərlər. Eyni zamanda, monastırın abbotu Viraçat Çinvangzo izah edib ki, usta rahib başqa məbəddəndir və beton töküldükdən cəmi bir gün sonra heykəldən qəlibləri çıxarmaq qərarına gəlib. Bu abbatı narahat etsə də, usta onu prosesin təhlükəsizliyinə əmin edib. Viraçat fövqəltəbii müdaxilə ilə bağlı fərziyyələri rədd edərək, çöküşü mühəndislik uğursuzluqları kimi izah edib. Buna baxmayaraq, o, bədxah ruhları qovmaq üçün bir ritual keçirəcəyini də vəd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta