Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam komitəsi Varşava təmsilçisi "Legiya"nı cərimələyib.

Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

"Legiya", azarkeşlərinin Belarus təmsilçisi Minsk "Dinamo"su ilə Avropa Konfrans Liqasının ümumi mərhələsinin 3-cü tur oyununda (4:0) Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına təhqiramiz lövhə açdığına görə cərimələnib. Polşa klubu 17500 avro məbləğində cərimə ödəyəcək.