AZ

Zaxarova: "Ermənistanın Roma Statutunda iştirakı Rusiya ilə münasibətlərinə zərər verir"

"İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər verir".

seher.media-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Maria Zaxarova bildirib.

Diplomat qeyd edib ki, Rusiyanın BCM kimi quruma münasibəti yaxşı məlumdur.

"BCM-ə, eləcə də Ermənistanın bu quruma qoşulmasına münasibətimiz hamıya yaxşı məlumdur, o cümlədən erməni həmkarlarımıza da. Bir daha təəssüflə qeyd etməliyik ki, Haaqada bir sıra Rusiya rəsmilərinə qarşı verilmiş kvazi-həbs orderləri fonunda İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər verir", - deyə o əlavə edib.

Diplomat qeyd edib ki, bu zərər təkcə simvolik deyil, həm də praktikidir:

"Əgər Ermənistanın BCM ilə əməkdaşlığı, həqiqətən də, müəyyən beynəlxalq hüquq normalarının möhkəmlənməsinə kömək edə bilərdisə, bunu başa düşmək və alqışlamaq olardı, lakin bu yalançı məhkəmənin iki onillik ərzindəki fəaliyyəti əksini göstərir, BCM məşğul olmağa çalışdığı heç bir münaqişənin həllinə kömək etməyib".

Seçilən
17
4
seher.media

6Mənbələr