AZ

Pərvizlə Baləli Xəyyamın dəfninə niyə gəlmədi?

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Xəyyam Əhmədli uzunsürən xəstəlikdən sonra vəfat edib. Söz ustadı ötən gün Kənd Əhmədli qəbiristanlığında torpağa tapşırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Xəyyamın bir çox həmkarı onunla vidalaşmağa gəlsə də, meyxanaçılar Pərviz Bülbülə və Baləli Maştağalı vida zamanı gözə dəyməyib. Onların dəfndə iştirak etməməsi sosial şəbəkələrdə müzakirə edilib, müxtəlif fikirlər səsləndirilib. Baləlinin yoxluğunu bir neçə gün əvvəl Orxan Lökbatanlı ilə mərhumun səhhəti üçün lazım olan məbləğlə bağlı mübahisəsi ilə əlaqələndirənlər də var.

Məsələ ilə bağlı meyxanaçılarla əlaqə saxladıq. Məlum oldu ki, Xəyyamın ölümü günü Pərviz də, Baləli də Rusiyada olub. Ayrı-ayrı məclisdə iştirak edən meyxanaçılar məhz bu səbəbdən dəfnə gələ bilməyiblər.

Hər iki sənətçi bu gün səhər saatlarında Bakıya qayıdıb. Bir az əvvəl Baləli Xəyyamın məzarını ziyarət etməyə gedib. Pərvizin də  mərhum həmkarını ziyarət edəcəyi bildirilib.

Qeyd edək ki, bir müddət idi Xəyyamın müalicəsi üçün pul toplanırdı. 44 yaşlı mərhumun ölümündən əvvəl lazım olan məbləğ əldə olunsa da, gec olub.

Seçilən
286
18
qafqazinfo.az

10Mənbələr