AZ

Nyusom: "Bayden oğlunu əfv etməklə, etibarına xəyanət edib"

"Amerika prezidentinin bu cür hərəkətləri onun etibarını sarsıdır".

Bakıvaxtı.az "Politico" qəzetinə istinadən xəbər verir ki, bunu Kaliforniya qubernatoru Qevin Nyusom deyib.

O, ABŞ prezidenti Co Baydenin oğlu Hunteri əfv etmək qərarını dəstəkləməkdən imtina edib. 

"Prezidentin Hunteri qorumaq istəyini tamamilə başa düşürəm, amma mən prezidentin qərarını dəstəkləmirəm. Bir halda ki, Co Baydenin oğlu Kaliforniyada vergidən yayındığını etiraf edib", - deyə Nyusom vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Hunter Baydenin əfv olunmasını sui-istifadə və ədalətin pozulması adlandırıb. 

Gülşən Şərif

Seçilən
111
bakivaxti.az

1Mənbələr