Görüşdə iştirak edən ekspertlər təhsil tələbə kreditlərinin təkmilləşdirilməsi və genişləndirilməsi, kreditlərinin verilməsi prosesinin daha şəffaf və əlçatan olması ilə bağlı müxtəlif rəy və təkliflərlə çıxış ediblər. Həmçinin görüşdə Fondun fəaliyyətinin daha effektiv inkişaf etdirilməsi istiqamətində konstruktiv fikir mübadiləsi aparılıb.
Ekspertlərin irəli sürdükləri fikir, mülahizə və təkliflər Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sistemləşdirilərək hazırlanan analitik hesabat sənədində nəzərə alınacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31