AZ

Fransada 5 milyon insan yoxsul yaşayır

Fransada son 20 ildə yoxsulluq sayı 1,4 milyon artaraq 5,1 milyona çatıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa mətbuatının açıqladığı statistikaya görə ölkədə aylıq yoxsulluq həddi tək adam üçün 1014 avro, 14 yaşdan yuxarı övladı olan ailə üçün 2500 avro olaraq müəyyən edib.

Bu kriteriyaları nəzərə alaraq hazırlanan hesabata görə, Fransada əhalinin 8,1 faizini təşkil edən 5,1 milyon insan yoxsulluq həddində yaşayır.
  
Son 20 ildə ölkədə yoxsulların sayı 1,4 milyon nəfər artıb.

Yoxsulluğun artmaqda davam etdiyi ölkədə bu vəziyyət ən çox gənclərə təsir edib. 18-29 yaşlı gənclərin 10 faizi yoxsulluq içində yaşayır.
 
Cəmalə
Seçilən
17
azxeber.com

1Mənbələr