Ukrayna ölkə ərazisində hərbi əməliyyatlar aparıldığı bir vaxtda NATO-ya üzv olmağa can atmır.

İndex.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclasının keçirildiyi brifinqdə deyib.

“Həqiqətən də, ərazisində hərbi əməliyyatlar aparılan bir ölkənin NATO-ya üzv olması imkanından danışmaq çətindir. Bu, NATO-nun bəzi ölkələrinin mövqeyidir ki, onları birbaşa müharibəyə cəlb edə biləcəyini düşünürlər. Ukrayna buna can atmır”, – XİN başçısı bildirib.

A.Sibiqa vurğulayıb ki, bu, Ukrayna üçün strateji məsələdir.

O, həmçinin qeyd edib ki, NATO-nun Vilnüs və Vaşinqtonda keçirilmiş sammitləri Ukraynanın NATO-ya üzvlüyünün qaçılmazlığını aydın şəkildə təsdiqləyib.

A.Sibiqanın sözlərinə görə, tərəfdaşlarla təhlükəsizlik sahəsində ikitərəfli sazişlər NATO-ya üzvlük yolunda ölkənin mövqelərini gücləndirir.