Sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirəcək, sahibkarlara göstərilən xidmətləri və digər funksiyaları özündə cəmləşdirəcək elektron sistem -“E-KOB evi” portalının yaradılması üzərində işlər artıq yekunlaşmaq üzrədir.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Caspian Innovation” Forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, sahibkarlar müxtəlif dövlət qurumlarının onlara göstərdikləri “G2B” xidmətlərinə görə ödəniləcək dövlət rüsumu, xidmət haqları və digər ödənişləri “e-KOB evi” portalı üzərindən həyat keçirə, “B2B” çərçivəsində müxtəlif növ maliyyə, bank, sığorta xidmətlərindən istifadə edə biləcəklər.