AZ

Azərbaycan bank sektorunda YENİLİK: Müştərilərin bank məlumatları açıq olacaq? 

Azərbaycanda bir neçə bank "açıq bankçılığ"a çıxmağa hazırdır, digər banklar da yaxın vaxtlarda buna nail olacaq.


Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.


Perspektivdə bu bankçılıq sisteminin ölkə üçün hansı mənfi və müsbət cəhətləri ola bilər?


Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bu bankçılıq formasının mahiyyətindən danışıb.




“ “Açıq bankçılıq” müştəridən alınan razılıq əsasında yaradılmış xüsusi informasiya sistemində müştərinin məlumatlarını digər təşkilatlar və banklar tərəfindən rahatlıqla əldə edilə bilməsini təmin edir. Qısacası, bu, bank sektorunda şəfafflıqdır. Burada məqsəd odur ki, digər banklar, təşkilatlar müştərilərə rahatlıqla təkliflər verə bilsinlər. Ehtimal olunur ki, bu sistem daha çox maliyyə əməliyyatlarına gətirib çıxaracaq. Müştərilər isə əldə etmək istədikləri xidmətlərlə bağlı daha çox fürsətlərlə tanış ola biləcəklər”.


Ekspert qeyd bildirib ki, bu sistem dünyada tam yeni sistem deyil. Demək olar ki, bu sistemdən digər dünya ölkələrində 10 ilə yaxındır istifadə olunur. Lakin bu sistemin tənqidçiləri də kifayət qədərdir. Səbəb isə “açıq bankçılıq” sisteminin kiçik müştərilər üçün sərfəli olmamasıdır.


“Hesab etmirəm ki, Azərbaycanda banklar bu sistemə tam hazırdır. Demək olar ki, hər gün vətəndaşların bank kartlarından pulların oğurlanmasının şahidi oluruq. Müştəri məlumatlarının açıq olmasını da bu baxımdan təhlükəli hesab edirəm”.

 

Fidan Vəlisoy 

Seçilən
36
referans.az

1Mənbələr