AZ

Rusiya ağırlıqqaldıranlarına “yaşıl işıq”

Əksər idman federasiyaları tərəfindən bütün yarışlardan kənarlaşdırılan Rusiya təmsilçilərinin beynəlxalq arenaya qayıdışına gələn il start verilə bilər.

“Football-plus.az” xəbər verir ki, şimal qonşularımızın kənarlaşdırılması qərarını ləğv etmək niyyətində olan ilk federasiya Beynəlxalq Ağırlıqqaldırma Federasiyasıdı.

Bunu İWF-in prezidenti Mohammed Calud açıqlayıb. O, qurumun bu gün keçirilən Konqresində rusiyalı atletlərin yaxın zamanda yarışlara buraxılacağını bildirib. Bu ölkənin ağırlıqqaldıranları 2025-ci ildə keçiriləcək dünya və Avropa çempionatında iştirak edə bilərlər. Onların yarışlara buraxılması yolları sabah – dekabrın 5-də müəyyənləşəcək.

Qeyd edək ki, gələn il dünya çempionatı Norveçdə, Avropa çempionatı Moldovada təşkil olunacaq.

Seçilən
4
1
football-plus.az

2Mənbələr