AZ

İranda həbs edilən reperdən xəbər yoxdur

Güneyli reper Rza Təbrizinin həbsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, onun vəziyyəti ilə bağlı hələ də məlumat yoxdur.

Olaylar xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, gənc reper təxminən 10 gün öncə Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb. Onun saxlanılmasından sonra həbsinin səbəbi, harada olması və səhhəti ilə bağlı heç bir xəbər yoxdur.

Musiqiçinin ailəsi və yaxınları dəfələrlə əlaqədar qurumlarla müraciət edərək, Rza Təbrizinin taleyindən xəbər tutmağa çalışsalar da, indiyədək bu cəhdlər nəticəsiz qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
4
olaylar.az

5Mənbələr