Alimlər son 35 ilin peyk məlumatlarını təhlil edərək belə qənaətə gəliblər ki, Antarktida daha da yaşıllaşır.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri barədə "Universe Today" (UT) portalı məlumat yayıb.
Antarktika yarımadasının bitki örtüyünün əsasını mamırlar təşkil edir. Bu orqanizmlər sərt şəraitə uyğunlaşaraq, sərt süxurlarda böyüyərək torpaq əmələ gəlməsinə zəmin yaradırlar.
Məlum olub ki, bitki örtüyü 10 dəfədən çox artıb: 1986-cı ildəki 0,86 kvadrat kilometrdən 2021-ci ildə 11,95 kvadrat kilometrə qədər.
Peyk məlumatları elm adamlarının yosunlardan nümunələr götürdüyü sahə tədqiqatları ilə tamamlanır. Təhlil göstərir ki, yaşıllıq son 50 ildə xeyli sürətlə artıb və bu, çox güman ki, buzlaqların istiləşməsi və əriməsi ilə bağlıdır.
Tədqiqatın müəlliflərindən biri Tomas Roland deyib ki, bu, iqlim dəyişikliyinin buzlu yerləri bitkilərin böyüməsi üçün yeni ərazilərə çevirməsinin nəticəsidir.
Lakin bu cür dəyişikliklər narahatlıq doğurur. Soyuq şəraitə uyğunlaşan bitkilər, insanlar tərəfindən gətirilən və ya küləklə daşınan yeni, daha invaziv növlər təhlükəsi ilə üzləşə bilər. Tədqiqatın nəticələri iqlim dəyişikliyinin miqyasını, onun dünyanın ən sərt və ən ucqar guşələrinə təsirini göstərir.
Sevinc İBRAHİMZADƏ