Türkiyə ilə Türkmənistan arasında ticarət sahəsində əməkdaşlıq inkişaf etməkdədir.
Türk şirkətləri bu günə qədər Türkmənistanda 1000-dən çox layihə həyata keçirib.
Aşqabadda keçirilən görüşlərdə ticarət naziri Ömər Bolat iki ölkə arasında ticarət həcminin 5 milyard dollara çatmasını növbəti hədəfləri olaraq açıqlayıb.
11-ci Türkmənistan Türk İxrac Məhsulları Sərgisinin açılışında çıxış edən Ömər Bolat Türkiyənin Türkmənistandakı podratçılıq fəaliyyətinə də diqqət çəkib.
Nazir Bolat bildirib: "Türkmənistanın inkişafında mühüm rol oynayan Türkiyənin podratçı şirkətləri Türkmənistanda ümumilikdə 53,5 milyard dollar məbləğində 1087 layihə həyata keçirib."
İki gün davam edəcək sərgidə 75 türk şirkəti iştirak edir.