“Mən hər zaman şans istəmişəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Nicat Süleymanov deyib.
O, ötən il “Araz-Naxçıvan”da, cari mövsümün əvvəlində isə “Kəpəz”də “11-liy”ə düşməkdə çətinlik çəkirdi.
Azər Bağırovun “Bakı”nın yetirməsinə münasibəti artıq dəyişməkdədir. Odur ki, Premyer Liqanın son turlarında əsas heyətdə görünür:
“Şans veriləndə, bundan maksimum istifadə etməyə çalışmışam. Şükürlər olsun, nə vaxt oynamışamsa, meydanda can qoymuşam, komandama kömək etməyə çalışmışam.
Məşqlərdə əlimdən gələni edirəm, oyunlar zamanı verilən tapşırıqları yerinə yetirirəm. Nə dərəcədə uğurlu alındığını kənardan görənlər deyə bilər”.