AZ

"Bayern"də Keyn lənəti davam edir

"Bayern" "Tottenhem"dən ingilis hücumçu Harri Keyni transfer etdikdən sonra titul qazana bilməyib.

Publika.az xəbər verir ki, Münhen klubu ötən gün altıncı belə fürsətini əldən verib. Komanda Almaniya kubokunun 1/8 finalında “Bayer”ə minimal hesabla məğlub olub.

Keyn heyətində olduğu iki yarımçıq mövsümdə "pivəçilər" iki dəfə Almaniya kubokunda erkən mübarizədən kənarlaşdırılıb. Bundan başqa, 2023-cü ilin yayında Almaniya Superkubokunu itirib. 2023/2024 mövsümündə isə Bundesliqanı yalnız üçüncü yerdə bitirib.

Bundan əlavə, "Bavariya" Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a ümumi hesabda (2:2, 1:2) uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Keyn karyerası ərzində hələlik bir kubok qazanmayıb.

Seçilən
20
publika.az

1Mənbələr