Hüquq müdafiəçisi Rüfət Səfərov xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunur.
"Unikal"ın məlumatına görə, Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən rayon məhkəməsinə vəsatət daxil olub.
Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb, izahatı alındıqdan sonra material istintaq şöbəsinə göndərilib.
Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.