Gürcüstanın xalq müdafiəçisi aparatının əməkdaşları ölkədə beş günlük etirazlar zamanı saxlanılan və ya aksiyalar zamanı zərər görən 201 nəfəri təcridxanalarda və xəstəxanalarda ziyarət edib. Bu barədə Gürcüstan ombudsmanı Levan İoseliani məlumat verib.
"Yaraların yerləşməsi, xarakteri və ciddilik dərəcəsi polisin vətəndaşlara qarşı zorakı metodlardan cəza vasitəsi kimi istifadə etdiyini göstərən inandırıcı mənzərə yaradır. Cəza məqsədli qəsdən və sərt zorakılıq işgəncə aktıdır," — bəyanatda bildirilir.
Ombudsman Gürcüstan Daxili İşlər Nazirliyini belə hərəkətləri ictimai şəkildə pisləməyə və polis əməkdaşlarının qanunsuz hərəkətlərinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 3 dekabrda keçirilən aksiyada 22 nəfər inzibati qayda pozuntusu törətməkdə şübhəli bilinərək saxlanılıb. Paper Kartulinin xəbərinə görə, etirazların başlanğıcından bəri inzibati maddələr üzrə ümumilikdə 315 nəfər saxlanılıb.
Daha 6 nümayişçi isə cinayət ittihamları ilə həbs edilib. Saxlanılanların çoxu polislərin onları döydüyündən şikayət edir.
N.Təbrizli
www.anews.az