1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Sülh müqaviləsi prosesi yerində dayanmayıb, dinamika var. COP29-un Bakıda keçirilməsi ilə əlaqədar müəyyən müddət fasilə yaranıb".
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, bunu Milli Məclisinin sədri Alen Simonyan jurnalistlərlə brifinq zamanı bildirib.
"Biz müsbət mərhələdəyik və təklif-müzakirə-təklif məntiqindəyik. Müsbət dinamika var", - deyə o qeyd edib.