Bakı metrosunda “yaşıl xətt” – “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
Metropolitendən Yenicag.az-a verilən məlumata görə, sərnişinlər “28 May” stansiyasında qatardan düşürülüb.
Qatara texniki baxış keçiriləcək.