AZ

Bu serial "Netflix"də 330 milyon dəfə izlənilib

2021-ci ildə yayımlanan və qısa müddətdə böyük populyarlıq qazanan Cənubi Koreya istehsalı "Squid Game" serialı 330 milyon tamaşaçı toplayıb və "Netflix" platformasında ümumilikdə 2,8 milyard saat izlənilib. 

Qaynarinfo bu barədə "The Variety" nəşrinə istinadən xəbər verir.

İkinci mövsümün treyleri yayımlandıqdan sonra birinci mövsümə baxış sayı 60% artıb. "Netflix" serialın davamının ilin ən çox gözlənilən layihəsi olduğunu bildirir. İkinci mövsümün premyerası bu il, 26 dekabr tarixində baş tutacaq.

Serialın rejissoru Hvanq Donq-hyuk bildirib ki, ikinci mövsümün çəkilişlərinə yalnız birinci mövsümün "böyük uğuru" və insanların bu layihəni sevməsi ona "cəsarət və motivasiya" verdiyi üçün qərar verib.

"Düzünü desəm, bu yalnız ona görə baş verdi ki, birinci mövsümü çox insan sevdi", deyə rejissor qeyd edib.

Eyni zamanda, məlum olub ki, "Netflix" platforması "Squid Game Experience" adlı interaktiv oyunu istifadəyə verib. Hazırda bu oyun Nyu-York və Madriddə əlçatandır. Oyun dekabrın 14-də Sidney şəhərində, 2025-ci ilin əvvəlində isə Seulda təqdim ediləcək.

"Netflix"in 2025-ci ilə qədər ödənişli abunəliklərin artması səbəbindən gəlirlərini 44 milyard dollara çatdıracağı proqnozlaşdırılır. Bundan əlavə, 1 noyabr tarixində "Squid Game" serialının ikinci mövsümünün rəsmi treyleri yayımlanıb. 

Aydın



Seçilən
6
qaynarinfo.az

1Mənbələr