AZ

Xədicə İsmayıl bu məsələyə aydınlıq gətirməlidir - ÖZƏL

"OCCPR layihəsi bir qayda olaraq Azərbaycan kimi dövlətlərə təzyiq üçün istifadə edilən bir layihədir". 
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Layihə çərçivəsində guya hansısa araşdırmalar aparılır, hansısa maxinasiyalar aşkara çıxarılır, maliyyə yeyintisi, korrupsiyaya, oğurlu pullar və s. aşkara çıxarılır və sonra da bu dırnaqarası aşkarlamalar, araşdırmalar tirajlanır, bütün dünyaya və dünyanın bir çox dövlətlərinə Azərbaycan və onun kimi dövlətlərə təzyiq etmək üçün bəhanə verir. Əlbəttə ki, belə bir məsələdə Azərbaycan vətəndaşları diqqətli olmalıdırlar. Kimliyindən asılı olmayaraq hər kəs bu məsələdə düşünməlidir ki, məndən, mənim imzamdan nə üçün istifadə edə bilərlər. O baxımdan, əgər Xədicə İsmayılın imzasından istifadə edilibsə və bu onun öz razılığı ilə edilirsə, mən buna sadəcə təəssüflənə bilərəm. Çünki Xədicə İsmayıl indi bütün keşməkeşli jurnalist fəaliyyəti dövründə hər halda onu da sübut edə bilib ki, istəsə yaxşı jurnalist olmaq imkanları yox deyil. Əgər bir insanın yaxşı jurnalist olmaq imkanları varsa, nə gərək var ki, o öz imzasını kiməsə belə peşkəş eləsin. Ona görə mən düşünürəm ki, bununla bağlı onun özünün açıqlamasına, izahatına ehtiyac var. Əgər həqiqətən də o imzasından belə istifadə edilməsinə icazə veribsə, sadəcə olaraq şəxsən mən buna çox təəssüflənirəm. Yəni demək istədiyi söz varsa, özü desin, imzasını dq altına qoysun, əlbəttə, araşdırma aparırsa, aparsın, aşkara çıxarsın və məsuliyyətini də daşısın. Yəni əgər obyektiv bir araşdırma aparırsa, özünə əmindirsə və altına imzasını qoyduğu materialda təqdim etdiyi faktların arxasında dayana bilirsə, bunu niyə gizlətməlidir? Yaxud da özünün xəbəri olmadığı materiallara öz imzasını verirsə, bu artıq nə jurnalistikadır, nə vətəndaş cəmiyyəti fəaliyyətidir, nə ümumiyyətlə obyektivliklə bir əlaqəsi olan faktdır. Ona görə mən düşünürəm ki, Xədicə İsmayıl bu məsələyə aydınlıq gətirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr