AZ

Kobaxidze: Gürcüstanda pirotexniki vasitələrin satışı 2 dəfə artıb

Gürcüstanda pirotexniki vasitələrin satışı 2 dəfə artıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

“Pirotexniki vasitələrin satış statistikasını çıxarıb bir-biri ilə müqayisə etdik. Praktiki olaraq Gürcüstanda pirotexniki vasitələrin satışı iki dəfə artıb. Bu o deməkdir ki, hər şey əvvəlcədən planlaşdırılıb. Müvafiq siyasi qüvvələr tərəfindən həyata keçirilən bu sistemli zorakılıq əvvəlcədən planlaşdırılıb”, - Kobaxidze bildirib.

Onun sözlərinə görə, dövlət qurumlarının “sistem zorakılığının planlaşdırılması” barədə əvvəlcədən məlumatı olub.

Seçilən
118
1
apa.az

2Mənbələr