AZ

2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu - Fərid Qayıbov

Şuşa. Trend:

"Gənclər Paytaxtı" Şuşada ilboyu müxtəlif tədbirlərkeçirilib".

Trend xəbərverir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov “Şuşa -İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” BeynəlxalqProqramının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasındadeyib.

O bildirib ki, 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan olub:"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənc iştirakçılarıburada maraqlı tədbirlərlə çıxış etdilər. Bildiyiniz kimi, bu il,həmçinin Şuşada İCESCO ilə birgə "By Youth For Youth" (Gənclərtərəfindən gənclər üçün) Beynəlxalq Forumu təşkil edildi”.

F.Qayıbov Azərbaycan gənclərinin Azərbaycanın ev sahibliyietdiyi böyük tədbirlərdə fəallıq nümayiş etdirdiklərinivurğulayıb:

“Onlar Türk Dövlətləri Təşkilatının "Gənclər Paytaxtı" olanLənkəran şəhərində, eləcə də Bakının ev sahibliyi etdiyi COP-29tədbirlərində fəallıqları ilə yadda qaldılar. Gənclərlə bağlıtədbirlər dövlətin dəstəyi ilə həyata keçirilir. Prezident İlhamƏliyev gənclərə hər zaman yüksək diqqət və qayğı ilə yanaşır”.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumununİcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı”elan olunub. Prezident İlham Əliyev 2024-cü il 17 aprel tarixində“Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatınıngənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında sərəncamimzalayıb.

Seçilən
32
4
az.trend.az

7Mənbələr