AZ

Etirazçıları pirotexniki vasitələrlə müxalifət təmin edib – Kobaxidze

“Mən buna repressiya deməzdim. Bu repressiyadan daha çox prevensiyadır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının ofislərində aparılmış axtarışları şərh edərkən deyib.

Onun sözlərinə görə, etiraz aksiyalarında iştirak edənlərin pirotexniki vasitələrlə təminatı məhz müxalifət partiyalarının ofisləri tərəfindən həyata keçirilib.

İ.Kobaxidze bildirib ki, bu ilin noyabrında Gürcüstanda pirotexniki vaxitələrin satışı illik müqayisədə iki dəfə artıb və bu da sübut edir ki, müəyyən siyasi qüvvələr sistematik zorakılıqları öncədən planlaşdırıb.

Qeyd edək ki, bu gün Tbilisidə bəzi müxalifət partiyalarının ofislərində axtarışlar olub. Nəticədə pirotexniki vasitələr müsadirə edilib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
163
teleqraf.com

1Mənbələr