"Bakı metrosunda "yaşıl xətt" üzrə "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 may" stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib".
Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
"Bu səbəbdən "28 may" stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçirilir. Digər əlavə məlumatları təqdim edəcəyik", - deyə məlumatda bildirilib.
Eyni zamanda, metronun "İçərişəhər" və Nizami stansiyalarında böyük sıxlıq qeydə alınıb.(oxu.az)