AZ

Keçmiş ərdən aliment tələb edilə bilər?

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.

Qadın keçmiş ərindən özü üçün pul ala bilər?

Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, bu mümkündür:

“Ailə Məcəlləsinin 85.1.4-cü maddəsinə əsasən, ər-arvad uzun müddət nikahda olublarsa, nikahın pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardımı olan keçmiş ər (arvad) buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödənilməsini tələb etmək hüququna malikdir”.

Murad

Seçilən
8
hit.az

1Mənbələr