AZ

Çində ən populyar avtomobillər açıqlanıb

2024-cü ilin ilk 10 ayının nəticələrinə görə, Çində ən çox satılan avtomobil markaları "BYD", "Volkswagen", "Toyota", "Geely" və "Changan" olub. 

Valyuta.Az xəbər verir ki, bu barədə "Focus2Move.com" məlumat yayıb.  

Ən çox satılan on marka arasında həmçinin "Honda", "Wuling", "Mercedes-Benz", "BMW" və "Chery" də yer alıb.  

Modellərin sıralamasında isə 2024-cü ilin ən çox satılan avtomobili "BYD Song" elektrik modeli olub. Bu modeldən 402,5 min ədəd satılıb. Ötən il reytinqdə üçüncü yerdə olan bu avtomobil bu il liderlik mövqeyinə yüksəlib. İkinci yerdə "BYD Qin Plus", üçüncü yerdə isə "Tesla Model Y" qərarlaşıb. "BYD Seagull" krossoveri 4-cü yerdədir və onun satışları ötən illə müqayisədə iki dəfədən çox artıb. İlk beşliyi "Nissan Sylphy" tamamlayır.  

Çində ən populyar avtomobillər onluğuna "Volkswagen Lavida", "Toyota Corolla", "BYD Yuan Plus", "Volkswagen Passat" və "BYD Song Pro" da daxil olub.  

Rəhim

Seçilən
40
valyuta.az

1Mənbələr