AZ

Fransa yenidən kütləvi aksiyalara hazırlaşır

Fransada dəmiryolçular və təsərrüfat işçilərindən sonra dövlət qulluqçuları, məktəblər, xəstəxanalar, energetika və hava yolları işçiləri də tətilə başlayır. Fransada 2025-ci il büdcə layihəsində qənaət tədbirlərinə qarşı çıxır, dövlət qulluğu üçün daha çox insan və maliyyə resursları tələb etmək üçün nümayişlər planlaşdırılır.

Adalet.az xəbər verir ki, Fransada büdcə layihəsinin güc tətbiqi ilə qəbul edilməsi kritik vəziyyət yaradıb. Ölkədə fəaliyyət göstərən bütün həmkarlar ittifaqları və müxtəlif sektorlar üzrə işçiləri 2025-ci il büdcə layihəsini ləğv etmək, dövlət xidmətlərini müdafiə etmək üçün dekabrın 5-də tətilə çıxacaqlarını açıqlayıblar. Sabah məktəblər bağlanacaq və xeyli sayda təyyarə reysləri ləğv olunacaq.

Yeddi həmkarlar ittifaqının (CGT, CFDT, Unsa, FSU, Solidaires, CFE-CGC və FA-FP) çağırışı ilə Fransanın 160 şəhərində tətil olacaq. Fəhlə gücü (Force ouvriere-FO) həmkarlar ittifaqı dekabrın 10, 11 və 12-də üçgünlük tətilə çağırış edir.

Parisdə sabah yerli vaxtla saat 14:00-da Bersinin (Bercy Maliyyə, İqtisadiyyat və Vergi nazirliyi) qarşısına toplaşacaq nümayişçilər İtaliya meydanına doğru irəliləyəcəklər. Digər şəhərlərdə nümayişlərin yerli vaxtla səhər saat 10:00-da başlayacağı bildirilir.

Məktəblərdə ciddi pozuntular olacağı qeyd edilir. Milli Təhsil Həmkarlar İttifaqları hökumətin qəddar siyasətini pisləmək üçün kütləvi səfərbərliyə çağırırlar. Parisdə 650 məktəbdən 230-dan çoxu bağlanıb. Xəstəxanalar, administrasiyalar, vergi xidmətləri kimi bütün ictimai xidmətlərdə fasilələr olacağı bəyan edilib.

Nümayişçilər daha çox büdcə resursları, iş yerlərinin yaradılması, indeks bəndinin artırılması, hətta ümumi əməkhaqqı tədbirləri kimi tələblər səsləndirirlər. Böyük şəhərlərdə təyyarə reysləri ləğv olunub. Enerji sektorunda tətil çağırışı rəsmi olaraq bir gün əvvəl, dekabrın 4-də axşam saat 21:00-da başlayır.

Seçilən
22
10
adalet.az

10Mənbələr