Bakı metrosunda “Yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
Bu barədə Hurriyyet.Az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Bu səbəbdən “28 may” stansiyasında sərnişinlər düşürülüb. Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - deyə məlumatda bildirilib