AZ

Erməni türkoloqdan sərsəm AÇIQLAMA: “Azərbaycan təkbaşına Ermənistana hücum etməyəcək”

Azərbaycan nəzərə almalıdır ki, indi Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Cənubi Qafqaz həm Rusiya, həm də ABŞ üçün ikinci dərəcəli rola malikdir. Bakı çətin ki, Ermənistana qarşı təcavüzə görə Türkiyədən dəstək alsın.

KONKRET.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan NEWS.am-ın “Güc faktoru” verilişində deyib.

Onun fikrincə, Türkiyə hazırda Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı müharibəyə getməsində maraqlı deyil, çünki Ankaranın artıq Yaxın Şərqdə kifayət qədər problemləri var.

“Bunun fonunda Ərdoğan çətin ki, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan versin. Əgər Türkiyəyə bu lazım deyilsə, o zaman Azərbaycan təkbaşına Ermənistana qarşı genişmiqyaslı təcavüzə başlamayacaq.
Ancaq Azərbaycan Ermənistana təzyiq etmək üçün sərhəddə kiçik atışmalara gedə bilər”, – deyə Safrastyan əlavə edib.

Onun sözlərinə görə, Türkiyənin 2029-cu ilə qədər Ermənistan üzərindən dəhliz açmaqda marağı olmayacaq, çünki məhz bu müddətdə Qars-Gümrü dəmir yolunun tikintisinin başa çatdırılması planlaşdırılır.

“Hesab edirəm ki, Azərbaycan məhz Türkiyənin çağırışı ilə Ermənistanla sülh müqaviləsi layihəsindən bu bəndin çıxarılmasına razılıq verib. Eyni zamanda, Türkiyə gələcəkdə Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi çərçivəsində Ermənistan ərazisindən keçən dəhlizin ekstraterritorial statusuna nail olmağa çalışacaq.
Həmçinin Suriyada baş verənlər Ermənistan üçün dərs olmalıdır: Türkiyənin imzaladığı heç bir sənəd Ermənistan üçün zəmanət verə bilməz”, – deyə türkoloq yekunlaşdırıb.
Yeri gəlmişkən, 2-ci Qarabağ savaşında Azərbaycan Ermənistana və onun havadarlarına qarşı təkbaşına vuruşub və torpaqlarını işğaldan azad edib. Heç bir ölkənin, Türkiyə də daxil olmaqla əsgərləri Qarabağda erməni ordusuna qarşı vuruşmayıb.
Erməni türkoloq anlamalıdır ki, Azərbaycan lazım gələrsə yenə də Ermənistana qarşı vuruşar və üçrəngli bayrağını tarixi torpaqlarında göylərə qaldırar. Ancaq rəsmi Bakı beynəlxalq hüquq normalarına hörmət edir və başqa dövlətin ərazisinə hücum etmir.
Azərbaycan ona lazım olanı alıb və suverenliyini tam bərpa edib.

Günel Mikayılova,
KONKRET.az

Seçilən
23
50
konkret.az

10Mənbələr