AZ

Prezident burnunu əməliyyat etdirdiyinə görə işini itirə bilər

Peru Prezidenti Dina Boluarte plastik əməliyyat keçirmək üçün iki həftəlik vəzifəsini tərk edib. Lakin o, səlahiyyətlərini Konqresə ötürməyib. 

Demokrat.az
xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Boluarte 2023-cü ilin yayında ictimai sahədən yoxa çıxıb. 

Peru Dövlət Administrasiyası isə dövlət başçısının yoxluğunu gizlədib, rəsmi məlumatlarda Prezidentin bu günlərdə ictimai tədbirlərdə iştirak etdiyi göstərilir.

Boluarte indi konstitusiya prosedurlarını pozduğuna dair iddialarla üzləşir, çünki o, səfərdə olarkən səlahiyyətlərini Konqresə təhvil verməli idi.


Əfsanə Kamal
Demokrat.az
Seçilən
74
1
demokrat.az

2Mənbələr