AZ

NATO-dan müharibəni alovlandıracaq açıqlama - "Ukraynanı silahlandırmalıyıq"

"NATO üzvləri Ukraynaya hücum silahlarının tədarükünü artırmalıdır".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

Onun sözlərinə görə, bütün bunlar münaqişənin trayektoriyasının dəyişdirilməsi zərurəti ilə bağlıdır.

“Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik, xüsusilə enerji infrastrukturu üçün hava hücumundan müdafiə təchizatını, həm də hücum silahlarının tədarükünü artırmalıyıq”, - Rutte bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Mark Ruttenin Kiyevə Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif etdiyi və Ukraynanın danışıqlarda mövqeyini gücləndirmək üçün Qərbin ilk növbədə Ukrayna Silahlı Qüvvələrinə silah göndərməli olduğunu bildirdiyi bildirilirdi.


Müəllif: Arzu
Seçilən
22
teleqraf.com

1Mənbələr