AZ

“Erməni millətçiləri tərəfindən 260 mindən çox qərbi azərbaycanlı yurdlarından qovulub” – DEPUTAT

Xəbər verdiyimiz kimi Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirildiyini, 6522 nəfərin zərərçəkmiş kimi tanındığını qeyd edib. Qasım Məmmədov həmçinin, qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətlər şərti olaraq istintaq dövründə dörd mərhələyə bölündüyünü vurğulayıb:

“Bu, 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illərdə törədilmiş cinayətlərdir. Həmin dövrlərdə böyük sayda azərbaycanlı qətlə yetirilib və məcburi köçkünlüyə məruz qalıb”. Təkcə 1987-1991-ci illərdə törədilmiş cinayətlər nəticəsində 250 mindən artıq qərbi azərbaycanlı öz tarixi torpaqlarından köçürülməyə məruz qalıb”.

Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədovun bu açıqlamasından sonra ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlılara şəhid statusunun verilməsi məsələsi müzakirə olunmaqdadır. Bir çoxları ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən digər soydaşlarımız kimi qərbi azərbaycanlılara da şəhid statusunun verilməsi təklif olunur.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədovun səsləndirdiyi fikirlər konkret faktlara əsaslanır

“Sadəcə o zamanlar Sovetlər İttifaqı mövcud idi və İttifaqa daxil olan müttəfiq respublikalar müstəqilliklərini elan etməmişdilər. Deportasiyanın qarşısını mərkəzi orqanlar, yəni Moskva almalı idi. Əfsuslar olsun ki, SSRİ rəhbərliyi, başda Qorbaçov olmaqla, faciənin qarşısının alınması üçün heç tədbir görmədilər. Nəticədə, erməni millətçiləri tərəfindən 260 min soydaşımız yurdlarından qovuldu. Onların arasında qətlə yetirilənlər, xəsarət alanlar oldu.Həmin hadisələr zamanı qətlə yetirilənlərə şəhidlik statusu verilə bilməz. Azərbaycan Respublikasında fəaliyyətdə olan qanuna görə, şəhidlik statusu bilavasitə döyüş əməliyyatları zamanı həlak olanlara verilir”.

Seçilən
20
moderator.az

1Mənbələr